Вернуться назад Распечатать

Zəngəzur Dəhlizinin strateji əhəmiyyəti, Cənubi Qafqazın gələcəyi müzakirə olundu-VİDEO

02.02.2025 tarixində "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin təşkilatçılığı ilə Zoom platformasında "Zəngəzur Koridorunun Strateji Əhəmiyyəti, Cənubi Qafqazın Gələcəyi" məzmunda geniş müzakirə keçirildi. Həmçinin, regiondakı geopolitik vəziyyət və Zəngəzur Koridorunun Azərbaycanın iqtisadi və siyasi inkişafına təsirləri müzakirə olundu.

Tədbirdə MHP Kütahya Millətvəkili, Türkiyə-Azərbaycan Parlamentlər Arası Dostluk Qrupu üzvü Ahmet Erbaş, tibbi marketoloq Zülfiyyə Şahinqızı, siyasətçi Elvin Mahmudzadə, millət vəkili Elman Nəsirov, siyasi bilimçi, yazar Nur Tuğba Aktay, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov çıxış etdilər. Çıxışlarında Zəngəzur Koridorunun əhəmiyyətindən danışdılar.