Вернуться назад Распечатать

SON DƏQİQƏ-Üç uşağı olanlara hər ay pul veriləcək-VİDEO

5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.