Вернуться назад Распечатать

Axmaq-axmaq danışırlar-Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA-VİDEO

Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.


Şəbəkənin rəhbərinin isə Prezident  Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin olduğu deyilir. Onunla bərabər keçmiş nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun da həmin şəbəkəyə aid olduğu bildirilib.