Вернуться назад Распечатать

Leyla və Arzu Əliyevalar sərgidə-VİDEO

Azərbaycan Rəssamlar İttifaqı və VarYox mədəniyyət və incəsənət platforması birgə əməkdaşlıq çərçivəsində qadınların bədii təcrübələrini vurğulamağa həsr olunmuş illik “Her Art in Action” festivalının builki buraxılışını təqdim edib.

1xeber.media  xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva festival çərçivəsində keçirilən “Xəyal etmək azadlığı” mövzusunda sərgidə iştirak ediblər.

Martın 9-dan aprelin 6-dək davam edən builki sərgi qadınların həm fərdi, həm də kollektiv şəkildə xəyallarını necə təsəvvür və ifadə etdiklərini, necə vizuallaşdırdıqlarını araşdırır. Festival sərgi və dinamik ictimai proqram vasitəsilə dialoq, düşüncə və bədii araşdırma üçün platforma yaradır.