Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmova məxsus şikətdə çox sayda qanunsuzluq aşkarlanıb.
Bildirilib ki, icra başçısının qohum-əqrabasının nəzarətində olan “Günüy” MMC-də qanunsuz fəaliyyətinə görə, 2 milyon manat cərimə olunub. Şirkət fəliyyətində yol verdiyi çox sayda qanun pozuntularına görə, ETSN yüksək məbləğdə cərimələyib. Aparılan araşıdırılmalardan məlum olub ki, “Günüy” MMC adı altında illərdir fəaliyyətdə olan “Güzdək” daş karxanası ümumiyyətlə heç bir qanuni sənədə sahib deyil. Günlük qazancı yüz min manatlarla ölcülən qanunsuz işlədilən daş karxanası insan əməyni də istisimar etməkdən çəkinmir. Günlük muzdlu işlədilən insanların həyatını təhlükəyə atan şirkət, ərazidə heç bir təhlükəsizlik tədbirləri belə görürlmədiyi bilidirilir. Xülasə, pul qazanmaq üçün qanunları mişar daşı kimi kəsib satmaqla məşğul olan “Günüy” MMC sahibi çox pul qazanmaq xatirinə əmək müqqaviləsi olmadan vətəndaşları müzdlu işlədərək hüquq hüdudlarını taptamaqdan da çəkinməyib.