"Kəpəz MTK" paytaxtın arxitektur görünüşünü pozur, sakinlərin təhlükəsizliyinə ciddi risklər yaradır...
"Kəpəz MTK"-ya məxsus Bakı şəhəri Mirzə Fətəli Axundov küçəsi. 177-178 ünvanlarında yerləşən binaların damları yaşayış üçün nəzərdə tutulmasa da, hal-hazırda yaşayış məqsədli mənzil düzəltmək məqsədilə orda təmir-tikinti işlərinə başlayıblar və dam örtüyünü tam sökərək bir mərtəbə də qaldırmaq üçün işlər görürlər, bu şəhərin arxitektur görünüşünə zidd olmaqla yanaşı, gələcəkdə bu evləri alan vətəndaşlar üçün də böyük risk amilidir və mümkün fövqaladə hal anında insan tələfatına gətirib çıxara bilər.