Belə ki, bələdiyyə sədri Mirəşrəf Mirsultanov vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələrini çəkinmədən oğlu Mirmahir və qudası “P-Agro” MMC-nin direktoru Şakir Sultanova satmışdır.
Baş verən olaylar Biləsuvar rayonunda və Əsgərəbad kəndində böyük narazılıqla qarşılanıb. Örüş torpaqlarının üzərində pambıq tədarükü məntəqəsi və MMC-yə məxsus pambıq emalı zavodu tikilmişdir. Bələdiyyə sədri M. Mirsultanov oğlu Mirmahir və oğlunun qaynatası Şakir Sultanov könd sakinlərinin haqlı narazılıqlarını qəbul etmir və əlavə olaraq öz qanunsuz əməllərini davam etdirirlər. Saxta bələdiyyə sənədləri ilə emal zavodu ilə pambıq müqavilələri bağlamış, olmayan pambıqları təhvil vermişdilər. Bir faktı qeyd edək ki, qudalar saxta yollarla küllü miqdarda pul vəsaitini şəxsi hesablarına köçürüblər. Maraqlı məqam ondan ibarətdir ki, həmən vəsaitin bir hissəsi dövlətdən ayrılan sübsiyadır.