Вернуться назад Распечатать

Yasamalda ÖZBAŞINALIQ-Nazirlik hərəkətə keçdi -VİDEO

Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılır.

Görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində qeydə alınıb. 

Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovabildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, nazirliyin əməkdaşları araşdırma aparır. İ.İbarahimovanın saytımıza bildirdiyinə görə, nazirliyin rəsmiləri artıq hadisə yerindədirlər.