Вернуться назад Распечатать

Nazirin müşaviri olan deputat oğlu şəhərin mərkəzində OBYEKT TİKDİRDİ-VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il vəfat edən sabiq millət vəkili Hadi Rəcəblinin oğlu Vüsal Rəcəblinin sifarişi əsasında paytaxtın Nəsimi rayonu ərazisində inşa olunan 2 mərtəbəli (zirzəmili) obyektin istismarına icazə verib.
Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti olan Vüsal Rəcəblinin tikdirdiyi obyektin ümumi sahəsi 275 kv. metrdir.
Şəhərin mərkəzi hissəsində – Nizami küçəsi 121 F ünvanında istismara verilən obyektin layihəçisi “Israıl Ahmadov Investment” MMC olub.
Məlumat üçün bildirək ki, Vüsal Rəcəbli özünün sosial şəbəkə hesabında göstərib ki, o, hazırda energetika nazirinin müşaviri vəzifəsində çalışır.