Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyev Avstriyanın paytaxtında ötən il “Belezza” adlı mebel mağazası açıb. “BELEZZA Design & Concept GmbH” 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib.
1xeber.media xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib.
O, şirkətin 33 faizlik pay hüququnun Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizinin onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizinin isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirildiyini yazıb: