Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşına qarşı zorakılığı barədəxəbər şok effekti yaratdı. Təkcə ona görə yox ki, zorakılığı törədən şəxs ölkədə tanınmış şəxsin övladıdır, həm də ona görə ki, döydüyü, dəhşətli zorakılığa (fotolardan aydın görünür) məruz qoyduğu qadın həyat yoldaşıdır və üstəlik, hamilə olub. Nəticədə qadın övladını itirib. Məhəmməd Pənahovun törətdiyi hadisənin xəbər yükü də ilk növbədə bir qadına qarşı törədilən zorakılıqdır. Daha sonra isə onun məhz Məzahir Pənahovun övladı olması diqqəti çəkir.