Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd Pənahov Azərbaycan Tibb Universitetinin "Məhkəmə təbabəti”nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib. Bundan başqa Məzahir Pənahovun xaricdə 3 milyona yaxın dəyəri olan mənzil aldığı bəlli olub.