Gəncə Apelyasiya Məhkəməsi Goranboy rayon Xəstəxanasının direktoru Rauf Yahyayevin 2 il 6 ay azadlığının məhdudlaşdırılması və müəyyən fəaliyyətlə məşğul olma hüququndan mərhum edilməsi barədə qərar qəbul edib.
1eber.media xəbər verir ki,məhkəmənin qərarına baxmayaraq TƏBİB Rauf Yahyayevi işdən çıxartmayıb. Baş direktor işdən çıxması üçün könüllü şəkildə ərizə yazsada TƏBİB onun ərizəsini qəbul etməyib. Bildirək ki, Rauf Yahyayev keçən il Goranboy xəstəxanasında iki dəfə dava qalmaqalı ilə ölkə gündəminə gəlib. Həmin davalarda bir dəfə baş direktor qadını yumruqla vurmuş, digər davada isə Qarabağ qazilərini döymüşdü.