Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlala Qurbanov küçəsi 146 ünvanında aparılan tikinti işləri yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Məlumata görə, sözügedən ərazidə heç bir rəsmi elan, layihə pasportu, tikintiyə dair məlumatlandırıcı lövhə olmadan inşaat işləri həyata keçirilir.
Sakinləri narazı salan, gediş-gəlişi çətinləşdirən, boş əraziləri zəbt edən bu cür qanunsuz tikililər son günlər Suraxanı rayonunda artmaqdadır. Sakinlər bildirib ki, sözügedən ünvanda aparılan tikintinin kim tərəfindən və hansı əsasla aparıldığı məlum deyil. Heç ortada tikinti ilə bağlı rəsmi açıqlama da yoxdur. Ərazidə yaşayan sakinlər isə bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara məlumat versələr də, heç bir tədbir görülməyib.