Вернуться назад Распечатать

Polisi görüntü ilə təhdid edən şəxs həbs olundu-VIDEO

 

Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid edən sürücü həbs olunub.

1xeber.media  əldə etdiyi məlumata görə, Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb. Eyni anda iki qayda pozuntusu edən sürücü barəsində protokol tərtib edilib. Sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb.

Əməkdaşla sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb, şantajçı sürücü ifşa edilib.

Barəsindəki protokolun ləğvinə çalışan və əməkdaşları təhdid etməyə cəhd göstərən S.Məmmədov əməlini etiraf edib və həbs olunub.