Bakı Şəhər Suraxanı rayon Yeni Ramanı Samir Əliyev 19 ünvanında inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazənin olmadığı bildirilir
Son illər ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən aparılan tədbirlərə baxmayaraq, hələ də bu problem qalmaqda davam edir. Qanunsuz tikililərinin gizli yayıldığı ərazilərdən biri də Bakı şəhəri Surxanı rayonu olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilir.
Məlumata görə Suraxanı rayon Yeni Raman qəsəbəsi Samir Əliyev 19 ünvanında heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan obyekt tikilir.