Вернуться назад Распечатать

Valideyinlərə barmağına üzük taxdıran müəllim kimdir?-VİDEO

 

Tovuz rayonu Əlimərdanlı kənd tam orta məktəbinin müəlliminin barmağına təmtəraqlı şəkildə üzük taxılması görüntüləri cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə paylaşılan videoda bir neçə qadının sıraya düzülərək Günel adlı müəllimənin barmağına üzük taxdığı görünür.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır:

“Qeyri-iş günü olduğu üçün dəqiqləşdirmə aparmaq çətindir. Fakt dəqiqləşdikdən sonra məlumat veriləcək”.