Вернуться назад Распечатать

Xətaidə qanunsuz tikintiyə icra başçısı icazə verir?-VİDEO

 

Paytaxtın Xətai rayon Gəncə Prospekti 105 ünvanında yaşıllıq məhv edilərək qanunsuz obyekt tikintisi aparılır.

Məlumata görə Xətai rayonunun bir çox ərazilərində qanunsuz tikintilərin aparılması ilə bağlı məlumat verilir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Xətai rayonu  Gəncə prospekti 105 ünvanında  hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.

Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.