Bir qrup Azərbaycan vətəndaşı işlə təmin ediləcəkləri vədi ilə Serbiyaya göndərilib. Lakin verilən vədlər reallaşmayıb, nəticədə onlar ağır duruma düşüblər.
"Azərbaycan Reallığı" xəbər verir ki, vətəndaşlar iddia edir ki, “Jobs” MMC-nin rəhbəri Mehrab Xəlilov Nəzər oğlu hər birindən 3500 manat alaraq Serbiyada işlə təmin olunacaqlarına söz verib. Lakin nə iş, nə də vəd edilən yaşayış və əmək şəraiti təmin olunmayıb.
Bu barədə sosial şəbəkələrdə də paylaşım edilib.