Вернуться назад Распечатать

Şəhid adına olan orta məktəbin tualeti belə yoxdur...VİDEO

Göyçay rayonunun Çərəkə kəndində yerləşən Şəhid Siyavuş Mirzəyev adına 1 saylı tam orta məktəbinin bərbad vəziyyətdə olması kənd ictimaiyyətində ciddi narahatlıq doğurur. Uzun illərdir bu təhsil ocağının əsaslı şəkildə təmir olunacağına dair vədlər verilsə də, hələ də real nəticə yoxdur.
Hazırda məktəbdə yalnız dam örtüyünün dəyişdirilməsi ilə məhdudlaşan kosmetik işlər aparılır. Halbuki məktəbin sinif otaqları, pəncərələri və ümumi infrastrukturu tamamilə yararsız vəziyyətdədir. Qış aylarında siniflərdə istilik sistemi olmadığından şagirdlər soyuqdan əziyyət çəkir, yaz və yay aylarında isə siçovul və kərtənkələ kimi zərərvericilərin məktəbdə rahat şəkildə dolaşması uşaqlar üçün təhlükəli və narahat mühit yaradır.
Daha acınacaqlı vəziyyət isə məktəbdə sanitar qovşağın tualetin ümumiyyətlə mövcud olmamasıdır. Şagirdlər məcbur qalıb təbii ehtiyaclarını həyətdə, kolluq sahələrdə ödəməli olurlar.