Ötən ilin payızında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli “Xüsusi Təyinatlı Yol İstismarı” MMC – nin direktoru Eynallı Nazim Hüseyn oğlu ilə bağlı qalmaqal gündəmi zəbt eləmişdi.
Nazim Eynallının direktoru olduğu yol idarəsinin asfalt zavodundan havaya zərərli tüstü buraxılır. Özü də sutkanın hansısa qısa zaman intervalında deyil, daimi olaraq. Xatırladaq ki, idarə Şamaxı və yaxın ətraf rayonlarda fəaliyyət göstərir ki, həmin zona da yerli və xarici turistlər üçün cəlbedici sayılıb. İndi isə qonaqları Nazimin tüstüsü hürküdəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məsələyə münasibətini öyrənməyə çalışacağıq.(nyus.az)