Вернуться назад Распечатать

Tramp Əliyevin çıxışını paylaşdı

Tramp Əliyevin çıxışını paylaşdı:

ABŞ-ın prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını şəxsi Truth Social hesabında paylaşaraq diqqət çəkib.

1xeber.media xəbər verir ki,paylaşım 22 iyul 2025-ci il, Bakı vaxtı ilə saat 01:30-da edilib. Tramp platformasında Prezident Əliyevin çıxışından 1 dəqiqə 17 saniyəlik bir videoya yer verib. Kadrlar Azərbaycanın dövlət başçısının Tramp barədə müsbət fikirlər səsləndirdiyi hissədən götürülüb.

Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirib:
“Kiçik bir dəqiqləşdirmə etmək istərdim – mən Trampın qələbəsini proqnozlaşdırmamışdım. Sadəcə demişdim ki, bu, Azərbaycan xalqı üçün daha məqbul olardı. Çünki Tramp da Azərbaycan xalqı kimi fundamental prinsiplərə, ailə dəyərlərinə sadiqdir”.

Dövlət başçısı əlavə edib ki, Tramp müharibə aparmayan və əksinə, sülhə üstünlük verən nadir liderlərdəndir:
“Onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu insan müharibələri bitirir”.