Вернуться назад Распечатать

Xətai rayonunda yenidən qanunsuz tikintiyə hansı məmur icazə verib?-VİDEO

 

Xətai rayonunda növbəti  qanunsuz tikinti işləri aparılır.

Məlumata görə Xətai rayonu  Məzahir Rüstəmov küç. 2 ünvanında  qanunsuz tikinti işləri aparılır.

Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Qanunsuz tikinti hansı səlahiyyətli şəxsin icazəsi ilə  həyata keçirilir?

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur. Qanunsuz tikinti ilə bağlı Xətai rayon icra hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı