Вернуться назад Распечатать

AAYDA-nin texnikası istirahət mərkəzinin tikintisinə cəlb olunub? -VİDEO

 

Quba -Xınalıq yolunda istirahət  mərkəzinin tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin texnikası niyə istifadə olunur?

Xalq.online  daxil olan məlumata görə Quba-Xınalıq yolu  üzərində Qəçreşdə Küsnətqazma kəndin ərazisində çay sahilində A-frame evlər qurulur və istirahət mərkəzi üçün ərazidə AAYDA-nın ağır texnikası lazımi işləri görür.

Məlumata görə istirahət mərkəzinin tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin texnikası traktortları, ağır tonnajlı yük avtomobilləri və işçi heyəti səfərbər olub.

Qeyd olunur ki, qısa müddət ərzində istirahət mərkəzi tikilib fəaliyyət başlaması üçün bütün işlər görülür.

Məlumatda iddia olunur ki,  bir necə irigövdəli yaşıl ağaclarda kəsilib A-frame evlərinin qurulması üçün ərazi genişləndirilib.