Вернуться назад Распечатать

Bakıda idmançılar sahibkara silahlı hücüm edib?-İDDİA-Polis məsələyə münasibət bildirdi

Bakıda hovuz materialları satışı ilə məşğul olan, sahibkar Əhmədov Şahin öz instaqram səhifəsində video paylaşım edərək iş adı altında Türkan qəsəbəsinə çağırıldığını və orada tanımadığı şəxslər tərəfindən silahlı hücuma məruz qaldığını bildirib.

1xeber.media xəbər verir ki, Şahin hüquq mühafizə orqanlarına müraciət edərək  idmançı, dəfələrlə Azərbaycan çempionu olan Orxan və Rəşad tərəfindən döyüldüyünü iddia edib.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki, bununla bağlı vətəndaş tərəfindən müvafiq polis orqanına müraciət daxil olub. Müraciətlə bağlı hazırda Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək