Вернуться назад Распечатать

Xuraman Muradova Türk dünyasının şair və yazarları ilə birgə Cümhurbaşqanlığı Sarayında...-VİDEO

Bu gün Kıbrıs Türk Cümhurbaşqanı cənab Ersin Tatarın ev sahibliyi ilə Türk dünyasının tanınmış şair və yazarları Cümhurbaşqanlığı Sarayında bir araya gəldi.

Bu möhtəşəm görüşdə iştirak etmək, sözün, ədəbiyyatın və Türk birliyinin nəfəsini bir anda hiss etmək Azərbaycan yazarları  üçün də  böyük şərəf və qürur idi.

Tədbirin sonunda cənab Prezident tərəfindən Türk dünyasının söz adamlarına mükafatlar təqdim olundu – bu, qələmə, düşüncəyə və qəlbdən süzülən sözə verilən dəyərin ən gözəl təcəssümü idi.

Azərbaycanı təmsil edən, iş insanı, Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar Birliyinin üzvü Xuraman Muradova və Aysel Xanlar qızı bu yüksək səviyyəli tədbirdə çıxışlar edərək, mükafata layiq görüldülər.