Вернуться назад Распечатать

DSX əməkdaşlarının aptekdə apardığı yoxlamaların nəticəsi bəlli oldu-VİDEO

Bu günlərdə sosial şəbəkələrdə Yusif Vəzir Çəmənzəminli 40 ünvanında yerləşən aptekdə Dövlət Sərhəd Xidmətinin müvafiq qurumu tərəfindən axtarışın aparılması ilə bağlı görüntülər yayıldı. 

1xeber.media-nın əldə etdiyi məlumata görə Dövlət Sərhəd Xidmətinin əməkdaşları həmin aptekdə olublar. Və başlanılmış cinayət işi çərçivəsində zərurət yarandığindan müvafiq məhkəmə qərarı alınaraq axtarış həyata keçirilmişdir.

Aptekdə hər hansı bir qanunsuz dərman aşkar olunmayıb.

 Qeyd edək ki, axtarış tədbiri tam qanuni həyata keçirilib. Sosial şəbəkələrdə yayılan videolar mövcud məsələnin mahiyyətini real əks etdirmir.