Bir zamanlar — açılışını ölkə başçısı cənab İlham Əliyevin etdiyi, Şəmkir rayonunun mərkəzində yerləşən Excelsior Hotel...
bu gün, sözün həqiqi mənasında, sanitariya və gigiyena qaydalarının pozulduğu, olduqca bərbad vəziyyətə düşmüş bir məkana çevrilib.
Qonaqlardan hər otaq üçün minimum 100 manat ödəniş tələb olunsa da,
bu məbləğin qarşılığında demək olar ki, heç bir xidmət göstərilmir.
Otaqlardakı sanitar qovşaqlar həm mikrob mənbəyinə çevrilib,
həm də ən sadə avadanlıqlar — unitazın su şlanqı və su tapançaları işlək vəziyyətdə olmur.
1xeber.media xəbər verir ki,bu haqda sosial şəbəkə hesabında Sima Babayeva adlı facebook istifadəçisi paylaşım edib.