“Dost Estetik Mərkəzində Dr. Gülü pasiyentin üzərində əməliyyat edir yoxsa əylənir?
Əvvəllər saç ustası olduğu deyilən Gülü,indi doktor Gülü olub və kadrlarda da gördüyünüz kimi pasiyentin necə deyərlər,stoldaca elə toyunu edir.
Doğurdanmı insan həyatı bu qədər ucuzlaşıb?
Özünü həkimə etibar edən xəstə anlaqsız vəziyyətdə olarkən başına gələnlərdən xəbərsizdir.
Bilinmir bura əməliyyat otağıdır yoxsa toyxana.Heç bir tiibbi etikaya uyğun olmayan davranışlar nümayiş etdirərək əməliyyat icra etmək hansı qanuna sığır?
“Dost Estetik Mərkəzində icra olunan əməliyyatda tibb sanitariya və təhlükəsilik qaydadlarının pozulduğu acıq-aydın görünür.
Məlumata görə özünü həkim təyin edən heç bir ali tibbi təhsli olmayan “Dr. Gülü” Gülbadə Abdullayeva sertifikatsız və lisensiyasız fəaliyyəti göstərməsindən başqa, hətta narkozlu olan pasiyentin üzərində əyləncəli davranışları sosial şəbəklərdə birmənalı qarşılnamayıb.
Ali tibbi təhsili olmayanlar, özünü “doktor” “kosmetoloq” adlandıranlarla bağlı ciddi mübarizə aparılsa da Gülü kimilərin videoları daha çox yayılır.