Вернуться назад Распечатать

İcra başçısı Rafiq Quliyevin adı qanunsuz tikintidə hallanır-VİDEO

Xətai rayonunda növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sosial platformada yayımlanıb.

Sözügedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir deyə iddia olunur.

Qanunsuz tikinti Xətai rayonu Cavanşir  küçəsində  aparılır.  Belə ki, qanunsuz tikilən obyektdə əlavə artırma  işləri aparılır. Bu, Bakıdakı “klassik sxem”dir: qanunsuz obyekt inşa edilir, daha sonra kosntruksiyalarla əlavə artırma işləri aparılır.   Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün  olmadı.