Вернуться назад Распечатать

Mehriban Əliyevanın ad günüdür -VİDEO

 

26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1990-1995-ci illərdə isə Moskvada Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışıb.

1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu, 1996-cı ildə isə “Azərbaycan – İrs” jurnalı təsis edilib. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban Əliyeva ölkəmizdə bu sahənin inkişafında mühüm rol oynayıb. Onun təşkilatçılığı ilə Azərbaycanda bir sıra beynəlxalq idman yarışları uğurla keçirilib.

2004-cü ildə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Azərbaycanın mədəniyyətinin, tarixinin və irsinin qorunması, təbliği istiqamətində mühüm layihələr həyata keçirib. Elə həmin il UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2005, 2010 və 2015-ci illərdə Milli Məclisə deputat seçilən Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakı, xeyriyyəçilik fəaliyyəti və humanizm prinsiplərinə sadiqliyi ilə tanınan Mehriban Əliyeva çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb.
1xeber.media rəhbərliyi və kollektivi adından Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir, ona sağlam can,  uzun ömür və Azərbaycan naminə gördüyü işlərində uğurlar arzulayırıq.