21 milyon manatlıq mal qalığı olan şirkətin aqibəti necə olacaq?
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı Cəza Çəkmə Müəsissəsində saxlanılan İsgəndərov Elnur Qayıbverdi oğlunun hüquqlarını müdafiə edən vəkil Ramil Rüstəmov müvəkkilinin haqsızlıqla üzləşdiyini bildirir.
1xeber.media müraciət edən Vəkilin sözlərinə görə, İsgəndərov Elnur Binəqədi rayon Polis İdarəsinə şikayət verərək iddia edib ki, 50% pay sahibi olduğu “Sonar Farm” MMC hədə qorxu yolu ilə əlindən alınıb.
Ramil Rüstəmovun verdiyi məlumata görə, 8 ay öncə Əziz Qənbərli adlı vəkil cəzaçəkmə müəsisəsinə gedərək Elnur İsgəndərovla görüşüb. Və ona məlumat verib ki, həmin şirkət- “Sonar Farm” MMC Prezidentin Təhlükəsizlik Xidmətində çalışan yüksək vəzifəli şəxsin yaxın qohumunun adına sənədləşdirilməlidir.
Qeyd edək ki, sözügedən şirkətin 50% payı Elnur İsgəndərovun, 50% payı Mahirə Əsədovanın adına olsa da “Sonar Farm" ın rəsmi təsisçisi və direktoru, Elnurun yaxın qohumu, dayısı oğlu, faktiki olaraq qəssab kimi işləyən Saqil Hacıyev adlı şəxsdir.
Vəkil Ramil Rüstəmov bildirir ki, Elnur İsgəndərov yüksək vəzifəli şəxslərin adından hədələndiyi üçün həyatı təhlükəsini nəzərə alaraq 17.01.2025-ci il tarixdə “Sonar Farm” MMC-nin Bakı şəhəri 53 saylı notariusda Əziz Qənbərlinin əli ilə kimliyinin hələ açıqlanmasını istəmədikləri şəxsin adına keçirilməsinə razılıq verməyə məcbur olub.
Vəkilin sözlərinə görə, Elnur İsgəndərov şikayət ərizəsində onu da qeyd edib ki, Bakı şəhəri 53 saylı notariusda alqı -satqı üçün bank hesabına qoyulub və yenidən çıxarılmış 300 000 manat pulu da ödəməyə məcbur edilib. Yəni şirkət elə öz pulu ilə digər şəxslərin əlinə keçirilib deyə, iddia olunur.
Elnur İsgəndərov qeyd edir ki, 10 saylı cəzaçəkmə müəssisəsinə sorgu verilsə məlum olacaqdır ki, vəkil Əziz Qənbərli mütəmadi olaraq onun yanına gəlməsi isə suallar yaradır?
Elnur iddia edir ki, ona təhdid və hədə qorxu etmək üçün cəza çəkmə müəssisəsinə gəliblər.
Ərizədə qeyd olunur ki, Elnur İsgəndərov Məzahir adlı şəxsin vasitəsi ilə 1 milyon 200 000 manat pulu da hədə qorxu yolu ilə özünü Prezidentin Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim edən şəxsə verib, həmin şəxs də sözügedən məbləği şirkəti ələ keçirən vəzifəli şəxsə çatdırıb.
"Necə olur ki, 20 milyon manat vəsaitə malik “Sonar Farm” MMC-nin 51 faiz hissəsini 300 000(üç yüz min) manata satıram, hansı ağlı başında olan şəxs bunu edər axı. Demək ki, təhdid və hədə qorxu ilə məndən şirkətimi alıblar"- deyə Elnur İsgəndərov şikayət ərizəsində bildirib.
Vəkil Ramil Rüstəmovun bildirdiyinə görə, Elnur İsgəndərovun şikayəti üzrə Binəqədi polis İdarəsində araşdırma zamanı bütün şahidlər lazımi ifadələrini verib, lakin şikayət üzrə cinayət işi hələ də başlanmayıb.
Ramil Rüstəmov onu da qeyd etdi ki, müvəkkilinin razılığı ilə adlarını hələ ki açıqlamaq istəmədikləri şəxslər haqqında bütün məlumatlar, səs yazıları, görüntülər Binəqədi rayon polis bölməsinə tədim edilib, şahidlər dindirilib və araşdıma aparılır. İşin obyektiv şəkildə aparılıb-aparılmamasından asılı olaraq həmin vəzifəli şəxslərin adının mediadan açıqlanması da nəzərdə tutulur-deyə Rüstəmov bildirdi.
Şikayət ərizəsində adı keçən Mahirə Əsədovanın kimliyi də maraq doğurur. Sosial şəbəkələrdə qısa bir araşdırma apardıqda məlum olur ki, adı xeyriyyəçi kimi tanınan Əsədova 50 dən çox tədbirin təşkilatçısı olub. Ağdamın müxtəlif kəndlərində şəxsi hesabına 5 artezian quyusu, şəhidlərin adina 6 bulaq inşa etdirib, Ulu öndər Heydər Əliyevin yəyat yolunu əks etdirən 2 filim-” Böyük Dayaq” və Mən Azərbaycanlıyam” filmlərinin Türkiyədə, Macarıstanda, İtaliyada təqdim olunmasında dəstək göstərib. Görkəmli şərqşünas alim Aida İmanquliyevanın həyat yolunu əks etdirən “ Biz Şərqdənik” filminə maliyyə dəstəyi verib və s. xeyriyyə işləri ilə məşğul olub.
Məsələ ilə bağlı yaxın zamanlara Mahirə Əsədovanın da mövqeyini əks etdirən müsahibəni diqqətinizə çatdıracağıq.