Вернуться назад Распечатать

Ramil Rüstəmov:"Robert Eyyubov 21 milyonluq obyekti 300 minə ələ keçirib"-VİDEO

Bir neçə gün bundan öncə  vəkil Ramil Rüstəmovun hüquqlarını müdafiə etdiyi ,hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı Cəza Çəkmə Müəsissəsində saxlanılan  İsgəndərov  Elnur Qayıbverdi oğlunun haqsızlıqla üzləşdiyini iddia etdiyi xəbər paylaşıldı.

Vəkil İsgəndərov  Elnurun  Binəqədi rayon Polis İdarəsinə şikayət verildiyini və  50% pay sahibi olduğu “Sonar Farm” MMC -nin hədə qorxu yolu ilə əlindən alındığını bildirirdi.

Ramil Rüstəmov onu da qeyd edirdi  ki, müvəkkilinin razılığı ilə adlarını hələ ki açıqlamaq istəmədikləri şəxslər haqqında bütün məlumatlar, səs yazıları, görüntülər Binəqədi rayon polis bölməsinə tədim edilib, şahidlər dindirilib və araşdıma aparılır, lakin şikayət üzrə cinayət işi hələ də başlanmayıb.

Elə bu səbəbdən də vəkil hüquqlarını müdafiə etdiyi İsgəndərov Elnurun razılığı əsasında 50% payı Elnur İsgəndərovun, 50% payı Mahirə Əsədovanın adına olan 21 milyonluq “Sonar Farm" şirkətinin 300 min manat qarşılığında kimlər tərəfindən ələ keçirildiyini açıqlamaq qərarına gəlib.

Ramil Rüstəmovun verdiyi məlumata görə, 8 ay öncə  cəzaçəkmə müəsisəsinə gedən vəkil Əziz Qənbərli  Elnur İsgəndərovla görüşüdə bildirib ki,bSonar Farm” MMC  Robert İslam oğlu Eyyubovun adına  sənədləşdirilməlidir. 

Vəkilin sözlərinə görə,şirkətin şəriki  Mahirə Əsədova MMC-nin 50 faiz pay sahibi olduğunu və bütün investisiya sənədlərini Binəqədi rayon Polis İdarəsinə təqdim edib,şəffaf araşdırmanın cavabını gözləyir.Eyni zamanda Mahirə Əsədovanın pay sahibi olduğu halda şirkətin hədə-qorxu yolu ilə Robert Eyyubovun adına keçirilməsi zamanı aparılan alqı-satqı işlərindən xəbəri olmayıb və bu da sahibkarın hüquqlarının pozulmasıdır deyə vəkil Rüstəmov qeyd edib.

Qalmaqallı və iddialı məsələ ilə bağlı vəkil Ramil Rüstəmovun 1xeber.mediaya verdiyi açıqlamanı təqdim edirik:

Qeyd edək ki,problemli məsələdə adı keçən  Mahirə Əsədova tezliklə ölkə başçısı İlham Əliyev və 1ci vitse prezident Mehriban Əliyevaya müraciət edəcək