Вернуться назад Распечатать

Ramiz Mehdiyev və Əli Hüseynovun adı qalmaqallı məhkəmə işində hallanır-VİDEO

"Armadil Group" LLC ilə "Baku Kaspian Real İsteyts Limited" (BKRIL) arasındakı çəkişmə davam edir. 

1xeber.media  xəbər verir ki, Armadil Group LLC, Baku Kaspian Real İsteyts Limited (BKRIL) sifarişilə iş icra etməli idi, lakin icraçı şirkət öhdəliklərini yerinə yetirməyib.

Qeyd edək ki, BKRIL-in təsisçisi tanınmış sahibkar Farhad Əhmədovdur. Sözügedən iş onun rezidensiyasında dam örtüyünün və sürüşən terasın quraşdırılmasıdır. 

Müqavilə şərtlərinə görə, Armadil Group-un faktiki rəhbəri Fəhrəddin Bağırov Avropadan materialları gətirməli, terrasanın İtaliyada istehsal edilməli idi. Lakin Fəhrəddin Bağırov müxtəlif “müqavilələr” adı ilə etibarı ələ keçirərək bütün vəsaiti alıb, lakin işlər aşağı keyfiyyətlə və çoxsaylı qüsurlarla yerinə yetirilib. İstər tikinti, istərsə də maliyyə tədqiqatları Armadil Group-un öhdəliklərini yerinə yetirmədiyini təsdiq edib. Nəticədə BKRIL-ə 4 milyon manatdan çox ziyan dəyib.

Öhdəliklərin yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət edilib. Bakı İqtisad Məhkəməsi BKRIL-in iddiasını əsaslı hesab edib və lehinə qərar çıxarıb. Qərara görə Armadil Group BKRIL-ə 862,443 ABŞ dolları ödəməlidir. 

Ətraflı videoda: