Xəbər verdiyimiz kimi,Formula 1 üzrə Azərbaycan Qran-Prisi keçirildi.
İllərdir ölkəmizdə davam edən və hələ bundan sonra da 2030-cu ilə kimi hər il ev sabibliyi edəcəyimiz yarışa maraq böyükdür.Çoxsaylı turist və sadə vətəndaşlarla yanaşı yarış məkanına bir sıra vəzifəli şəxslər də təşrif buyurur və bu da diqqət çəkməyə bilməz.
Ölkəmizdə elə məmurlarımız da var ki,özlərini xalqdan sayır,sadəlikləri ilə seçilirlər. Misal üçün,sələfindən fərqli olaraq,oliqarx həyatdan uzaq olan,istər geyimi,istər yaşam tərzi ilə sadə vətəndaşlara daha yaxın olan SOCAR prezidenti Rövşən Nəcəfi çəkə bilərik. Azərbaycanın bəzi məmurlarına nümunə olan SOCAR rəhbəri Formula 1 yarışlarını VİP yerlərdən deyil,məhz vətəndaşların izlədiyi məkandan izləməsi də sosial şəbəkələrdə maraqla qarşılanıb. Səmimi görüntülər Rövşən Nəcəfi digər əlçatmaz məmurlardan fərqləndirir. Xoş olar ki,bütün vəzifə sahibləri sadəliyi ilə seçilib,vətəndaşların yanında olsun.Qeyd edək ki,Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev , gənclər və idman naziri Fərid Qayıbov və digər vəzifəli şəxslər yarışı izləyənlər arasında yer alıb.