Вернуться назад Распечатать

Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar?-VİDEO

İşçiləri zeytun yığımına 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Oktay Həmzəyev başçılıq edir
Bakının Pirallahı rayonunda 2 saylı DOST Mərkəzindən Komunnal Təsərrüfat Sahəsinə ayrılan işçilərin tez-tez zeytun yığımına aparıldığı bildirilir.

İşçilər şikayət edirlər ki, Oktay Həmzəyev yağışa-küləyə baxmır və ən pis hava şəraitində belə onları zeytun yığımına məcbur aparır.