Вернуться назад Распечатать

SOCAR-ın keçmiş rəhbərliyi gündəmdə: Mikayıl İsmayılovla bağlı yeni iddialar-VİDEO

Yenidən diqqət SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov üzərində cəmlənib. Xatırladaq ki, M.İsmayılov qurumda işlədiyi illərdə ən çox varidat toplayan məmurlardan biri kimi tanınıb. Onun haqqında mediada və sosial şəbəkələrdə dəfələrlə məlumatlar yayılıb və bu xəbərlərin böyük hissəsi sabiq vitse-prezidentin sərvəti ilə bağlı olub. Hətta bəzi mənbələr onun dünya milyarderlərinin siyahısına düşəcək qədər böyük imkanlara sahib olduğunu iddia edir.

1xeber.media xəbər verir ki,məsələyə dair məlumat verən AFN bildirir ki, M.İsmayılovun ailə üzvləri də “əsl milyarderlər” kimi yaşayır. İddialara görə, sabiq vitse-prezidentin xanımı kürd əsilli şəxslə ailə quran yaxın rəfiqəsinə Münhendə qonaqlıq verib. Həmin tədbirin təşkilinə və şənlik zamanı göstərilən qonaqpərvərliyə görə təxminən 1 milyon dollarlıq hesab ödənilib.