Вернуться назад Распечатать

Nazir Sumqayıtda....-VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 30-da və oktyabrın 1-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.

1xeber.media xəbər verir ki,nazir əvvəlcə Sumqayıt şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra şəhər polis idarəsinin inzibati binasında Sumqayıt şəhəri və digər rayonlardan gələn 367 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.