Valyuta.az-ın məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) rəhbərliyinə 2022-ci ildə 209,5 min manat, 2023-cü ildə isə 230,3 min manat ödənilib. Artım təxminən 10 faiz olub. Əvvəlki illərdə konkret rəqəmlər açıqlansa da, 2024-cü il üzrə hesabatda bu məlumat göstərilməyib. Yalnız ümumi ifadələr verilib. Mövcud dinamika və inflyasiya nəzərə alındıqda, ötən il ödənişlərin 250 min manata yaxın olduğu güman edilir. Fondun İdarə Heyəti iki nəfərdən – sədr Fəxri Kazımov və sədr müavini Ramil Tahirovdan ibarətdir. Beynəlxalq bölgü praktikasına görə, onların illik gəlirləri müvafiq olaraq 135–140 min manat və 110–115 min manat təşkil edib.