Вернуться назад Распечатать

Xəyyam Fərəcovun rəhbəri olduğu 248 saylı məktəbdə "ŞIDIRIĞI PUL YIĞIMI"...-VİDEO

Son günlər 5 oktyabr Müəllimlər Günü münasibətilə məktəblərdə şagirdlərdən pul yığılması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə çoxlu sayda məlumatlar yayılmaqdadır. Müəllimlər Günü münasibətilə pul yığılması halları ən çox Bakı məktəblərində baş verir.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan daha bir səs yazısında paytaxtın Binəqədi rayonunda yerləşən 248 saylı tam orta məktəbində Müəllimlər Günü münasibətilə valideynlərdən 30 manat pul yığılması iddia edilir. Bildirilir ki, valideyn komitələri tərəfindən vatsap qruplarında Müəllimlər Günü münasibətilə pul yığılmasına başlanılıb.
Qeyd edək ki, 248 saylı məktəbin direktoru Xəyyam Fərəcovdur.