Вернуться назад Распечатать

İlham Əliyev "Qarabağ"ı Danimarkadan təbrik etdi

Prezident İlham Əliyev "Qarabağ" klubunu qələbə münasibəti ilə təbrik edib.

Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir.