AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyonluq villa alması haqda xəbər cəmiyyətdə geniş ajiotaj yaradıb. Bunun ardınca AYNA-nın tabeliyində olan “AzParking” şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısına, DTX və DİN rəhbərliyinə videomüraciət edib. O işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edildiyini bildirib.
Nəhayət ki, fəaliyyəti əhali arasında narazılıq yaratmağa yönələn qurum içindən “partladı”. Sanki AYNA qarşısına məqsəd qoymuşdu ki, insanların əsəbləri ilə oynasın, onların etirazlarını körükləsin. Bunu bir tərəfdən özbaşınalıq, digər tərəfdən vəzifədən sui-istifadə edərək mənimsəmə və həmçinin bilərəkdən narazılıq yaratmaq kimi qiymətləndirmək olar.