Вернуться назад Распечатать

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbəri növbəti “ağac soyqırımı” ilə gündəmdə-VİDEO

Son günlər Bakının bir neçə məhəlləsində, o cümlədən Nərimanov rayonu ərazisində ağacların kütləvi şəkildə kəsilməsi barədə vətəndaşların sosial şəbəkələrdə paylaşdığı görüntülər ciddi narazılıq doğurub. İddialara görə, bu dəfə ağacların məhv edilməsi “Yaşıllaşdırma Təsərrüfatı Birliyi”nin tabeliyində olan briqadalar tərəfindən həyata keçirilib.

Belə ki, Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birlyinin əməkdaşlarının köməyi və müşayəti ilə 20 ədəd iri gövdəli eldar şamı kəsilərək ərazidən uzaqlaşdırılıb. Məlumata görə həmin ağaclar adının açıqlanmadığı tikinti maqnatının sifarişi əsasında kəsilib və tikinti aparılması üçün ərazi yaşıllıqlardan təmizlənir.