İnşaat maqnatı Aqibət Əliyevin icra hakimiyyətləri ilə tender oyunu-VIDEO
İnşaat maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən “Gəncə Körpü-Tikinti-2” ASC daha bir tenderin qalibi seçilib.
1xeber.media xəbər verir ki, tenderi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC keçirib. Satınalma müsabiqəsi Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 927 597,15 manatdır.
“Gəncə Körpü-Tikinti-2” ASC bununla da cari ildə qalib gəldiyi tenderlərin sayını 4-ə çatdırıb. Bundan əvvəl ASC Quba Rayon İcra Hakimiyyətinin, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin və Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tenderlərin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 30 392 883,75 manat təşkil edir. Tenderlər yolların, mənzil fondunun təmiri və abadlıq işləri ilə bağlı keçirib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, “Gəncə Körpü Tikinti-2” ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.