Вернуться назад Распечатать

Bakıda itkinlərlə bağlı beynəlxalq konfrans: Prezident müraciət etdi

Bu gün Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

1xeber.media xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilir.

Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevlə yanaşı, İtkin Düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battisti, Gürcüstan, Xorvatiya, Türkiyə, Moldova və başqa ölkələrdən nümayəndələr iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Dövlət başçısının müraciətini Əli Nağıyev səsləndirib.