Вернуться назад Распечатать

“Qardaşlar Mebel” milyonluq tenderlərin qalibi necə olur?-VİDEO

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu invertarların satın alınması ilə bağlı tenderə yekun vurub

Tenderin qalibi “Qardaşlar Mebel” QSC seçilib.

İnstitut sözügedən şirkətdən 52 545,4 AZN-lik invertar alacaq. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 4 856 AZN azdır.

İnvertarlara müxtəlif rəflər, çalışma masası, yan masa, İSO dəri, İSO parça, toplantı masası və kreslo daxildir.

Açıq mənbələrdə qeyd olunan məlumata görə, “Qardaşlar Mebel” şirkəti 2015-ci ildən fəaliyyət göstərir. Şirkətin sahibi 100 faizlik səhm paketi ilə Mirəzyev Əli Məmməd oğludur. QSC-nin icra strukturuna isə onun qardaşı Hüseyn Mirzəyev rəhbərlik edir.

Qaynarinfo