Вернуться назад Распечатать

Mətin Eynullayev Vüqar Sədibəyli ilə necə anlaşdı? Hövsanda stadionda “Mall” tikilir…-VİDEO

1xeber.media xəbər verir ki,Xalq.online-nin məlumatına görə,Hövsan qəsəbəsi Elmar Qasımov küçəsində yerləşən stadionda Vüqar Sədibəylinin sifarişi ilə iş icracısı Namiq Məmmədovun briqadası ticarət obyekti (MALL) inşa edilir.

Məsələ ilə bağlı televiziyaya açıqlama verən Namiq Məmmədov bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınan sənədlə inşa işləri görülür.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Suraxanı rayon Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yerləşən stadionda tikinti ilə bağlı hər hansı bir icazə qeydi məlumat mərkəzində qeyd olunmayıb.