Ağsu Suvarma Sistemləri İdarəsinin sabiq rəisi ,haziıda isə Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı idarəsndə çalışan Səfər Məmmədovun oğlu
Şücaət Məmmədov 4 oktyabr 2025 ci il tarixində axşam saatlarında sərxoş vəziyyətdə niva markalı avtomobili yüksək sürətlə idarə edərək qəza törədib.
Sosial şəbəkələrdə yayılan görüntülər və məlumatlarda bildirilir ki,avtomobil işıq dirəyinə çırpılıb.Xəsarət alanlar barədə məlumat yoxdur.faktla bağlı araşdırmaların aparıldığı qeyd olunur.
Məmur oğlunun qəza törətməsi onun atasını gündəmə gətirib.
Məlumatda qeyd olunur ki,Səfər Məmmədovun Ağsu rayonunun Qaraqoyunlu kəndinin
girişində Beton zavodu, Ağsunun mərkəzində oteli, marketi, Ağsu perevalı adlanan ərazidə restoranı,badam bağları, Qaraqoyunlu kəndində Böyük torpaq sahələri var.
Məlumatda o da iddia olunur ki,Səfər Məmmədovun digər oğlu Rauf hal-hazırda Ağsu mənzil kommunal idarəsinin rəisi vəzifəsində çalışır.