Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar “Putin onu niyə qurban verdi” sualını önə çıxarır. Burada iki mümkün cavab ola bilər. Birincisi, Putinin planla razılaşmamasıdır;
Rusiyada Azərbaycana münasibətdə həmişə iki kanalın mövcud olduğu məlumdur: bir xətt – Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir, digər xətt – Kreml daha loyal münasibət göstərir; bu, Rusiyanın postsovet məkanında məşhur olan “yaxşı və pis polis” taktikasından irəli gəlsə də, bir sıra hallarda kanalların yanaşmalarında ziddiyyətlər, toqquşmalar da olur, lakin son qərar Putin tərəfindən verilir.