Вернуться назад Распечатать

İsa Həbibbəylinin qızının 1 milyon avrosu Almaniya bankında "yoxa çıxıb"-İDDİA-VİDEO

NDU-nun keçmiş retkoru İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib. Hadisədən sonra polis təhqiqata başlayaraq, bu pulların hansı yollarla Almaniyaya gətirilməsini araşdırır.

Günay Məsimovanın yaxınlarına verdiyi məlumata görə, bankdakı seyfində 790 min avro dəyərində dollar və brilliyant, 330 min avro pul olub. Pullarını və qiymətli əşyalarını ələ keçirən isə, onun Almaniyada yaşayan tanışı F.M. olub. O, pulları götürüb aradan çıxa bilsə də, polis qiymətli əşyaların bir hissəsini tapıb və məsələ aydınlaşana kimi müsadirə edib. Pulun dəqiq məbləği ilə bağlı rəsmi məlumat yoxdur.

Pulun və qiymətli əşyaların mənbəyini örənmək üçün Nürnberqdə araşdırma başlanılsa da, Günay Məsimova qaçdığından, işi başa çatdırmaq mümkün olmayıb.

Bu ilin əvvəlində baş verən hadisə ictimaiyyətdən gizlədilməyə çalışılsa də „Gündəlik Naxçıvan“ın araşdırmaları bəzi məqamları üzə çıxara bilib.

Araşdırmalarımız zamanı bəlli olub ki, Günay Məsimova Almaniyada saxta evliklik vasitəsi ilə yaşama hüququ alıb. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. Villanın ünvanını dəqiqləşdirə bilməsək də, mənzil Berlin şəhr Kohulfurter küçəsində yerləşir.